...

30 il ərzində çalışdıq ki, UNESCO gəlib monitorinq aparsın, lakin bu baş vermədi - Soltan Məmmədov

Siyasət Materials 22 Fevral 2022 12:24 (UTC +04:00)
30 il ərzində çalışdıq ki, UNESCO gəlib monitorinq aparsın, lakin bu baş vermədi - Soltan Məmmədov

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Milli Məclisinin deputatı Soltan Məmmədov İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında erməni iştirakçının multikulturalizm və mədəni irslə bağlı iddialarına cavab verib.

Trend-in məlumatına görə, S.Məmmədov bildirib ki, Azərbaycan multikultural bir ölkədir və beynəlxalq ictimaiyyət tərəfindən də multikultural ölkə kimi tanınır.

“Azərbaycanda çoxlu sayda milli azlıqlar yaşayır. Eyni zamanda Azərbaycanda 30 minə qədər erməni yaşayır, lakin Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır. Mədəni irs haqında danışarkən, nəzərinizə çatdırım ki, Qarabağda 67 məsciddən 64-ü ermənilər tərəfindən yer üzündən silinib. Bu bir faktdır.

Biz 30 il ərzində çalışdıq ki, UNESCO gəlib monitorinq aparsın və həmin ərazilərdə Azərbaycanın mədəni isrinin vəziyyətini qiymətləndirsin, lakin bu baş vermədi. İndi biz gözləyirik ki, beynəlxalq ictimaiyyət müstəqil şəkildə qiymətləndirmə aparsın və reallığı dünya ictimaiyyətinin diqqətinə çatdırsın.

Biz müharibə istəmirik və heç zaman da istəməmişik. Biz 30 ildən çox münaqişənin sülh yolu ilə həll edilməsini gözlədik. Biz hər zaman BMT qətnamələrinə əsaslanmışıq və qətnamələrdə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri aydın şəkildə göstərilir. Biz sülh, əməkdaşlıq və dostluq tərəfdarıyıq”, - deyə S.Məmmədov erməni iştirakçıya cavabında bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti