...

Moskva Bəyannaməsi Azərbaycan-Rusiya münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çıxarır - Rauf Əliyev

Siyasət Materials 24 Fevral 2022 10:28 (UTC +04:00)
Moskva Bəyannaməsi Azərbaycan-Rusiya münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çıxarır - Rauf Əliyev

Bakı. Trend:

22 fevral 2022-ci il tarixdə Mockvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması iki ölkə arasında müttəfiqlik münasibətlərinin inkişafında, əməkdaşlığın yeni mərhələsinin başlanmasında böyük əhəmiyyətə malikdir. Azərbaycanın digər ölkələrlə qarşılıqlı əlaqələri, münasibətləri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, Azərbaycanın milli və dövlət maraqlarına uyğun balanslaşdırılmış xarici siyasətlə formalaşır.

Azərbaycan – Rusiya münasibətləri böyük tarixə malikdir. Qarşılıqlı səfərlər və bu səfərlər zamanı imzalanan müxtəlf sahələri əhatə edən sənədlər iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələnin başlanmasında böyük əhəməyyətə malikdir. Bəyannamə imzalandıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə birgə mətbuata bəyanatla çıxış ediblər. Cənab Prezident İlham Əliyev bəyanatla çıxışında qeyd edib: “ Rusiya ilə Azərbaycanı çoxəsirlik dostluq, mehriban qonşuluq telləri bağlayır. Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, bu əlaqələr bu gün keyfiyyətcə yeni səviyyəyə çatıb. Ölkələrimiz arasında çox geniş müqavilə - hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında bu gün imzalanmış Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bu Bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır”. Bu Bəyannamə 43 bəndən ibarət olan , iki ölkənin birgə fəaliyyətlərinin bütün əsas sahələrini əhatə edən çox şeniş bir sənəddir. Bəyannamənin 1-ci bəndində qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qrşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dəvlət suverinliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. İmzalanmış Bəyannamə iki ölkə arasındakı ikitərəfli münasibətləri Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının maraqlarına tam şəkildə cavab verəcək, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verəcək keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmağı nəzərdə tutur. Bəyannamə hər iki ölkənin gələcək münasibətlərinin daha yüksək səviyyədə, bir-birinin maraqlarına qarşılıqlı hörmət təməlləri üzərində qurulması, inkişaf etdirilməsi üçün vacib bir sənəddir və bu sənəddə eyni zamanda Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində regionda yaratdığı yeni geopolitik reallıqları da nəzərə alınıb.

15 iyun 2021-ci il tarixdə qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi kimi, Rusiya ilə imzalanmış Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Vətən müharibəsində tarixi Zəfərdən sonra bu regionda formalaşan yeni siyasi mühitin əsas iştirakşıları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu nöqteyi-nəzərdən hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması yaranmış yeni siyasi mühiti təsbit edir. Azərbaycan – Rusiya münasibətlərinin yüksələn xətlə inkişaf etməsi, ölkələrimiz arasında müttəfiqlik Bəyannaməsinin imzalanması müharibədən sonra yaranmış yeni reallıqların qəbul edilməsində də əhəmiyyətli rol oynayacaq, iki ölkənin birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə bundan sonra da mühüm töhfələr verəcək.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti