Bakı. Trend:
“Xocalı soyqırımı ilə bağlı başlanmış cinayət işinin istintaqı zamanı elə ağlasızğmaz və tükürpədici faktlar üzə çıxırdı ki, biz dəhşətə gəlirdik. Şahidlər, zərərçəkənlər elə faktlar açıqlayırdılar ki, insanın qanı donurdu. Bu dəhşətləri yaşamış onlarla soydaşımız ruhi xəstəliyə düçar olmuşdu”.
Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Respublika Hərbi Prokurorunun sabiq 1-ci müavvini, soyqırım və təcavüz cinayətlərinin araşdırılması ilə məşğul olan istintaq-əməliyyat qrupunun rəhbəri (2005-2009-cu illərdə) İlham Məmmədov bildirib.
O, əlavə edib ki, istintaq müddətində Xocalı və digər ərazilərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırım cinayətləri ilə bağlı bütün faktlar, dəlil-sübutlar toplanlıb, yüzlərlə şahid, zərərçəkmişlər dindirilib və erməni terrorçularının vahimələi cinayələri sübuta yetirilib. İlham Məmmədov daha sonra bildirib ki, elə həmin illərdən etibarən erməni terrorçularla bağlı beynəlxalq axtarışlar elan olunub: “Biz tam əminik ki, əlləri Azərbaycan xalqının qanına batmış, soyqırım və terror aktları həyata keirmiş ermənilər bir nəfər kimi tutularaq məsuliyyətə cəlb ediləcək. Onlar Azərbaycan xalqı və qanunlarımız qarşısında cavab verəcək. Biz buna inanırıq”.
İlham Məmmədov bildirib ki, bir neçə ilə əvvəl Şuşaya getmək
bizə yuxu kimi gəlirdi. İçimizdə bir narahatlıq var idi. Amma biz
44 gün ərzində torpaqlarımızı azad etdik, düşmənə layiqli dərs
verdik. Əminik ki, Azərbaycan dövləti tarixi Zəfər qazandığı kimi
erməni terrorçularının tutulmasına və məhkəmə qarşısına
çıxarılmasına da nail olacaq.
Müsahibənin videovariantını təqdim edirik.