...

Rusiya-Ukrayna böhranı - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Siyasət Materials 1 Mart 2022 17:50 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Ukraynada başlatdığı müharibənin ilk günündən paytaxtı hədəfə alsa da, bu günə qədər Moskva hələ də Kiyevi ələ keçirə bilməyib.

Rusiyanın Ukraynaya ötən həftə genişmiqyaslı hərbi müdaxiləsindən sonra beynəlxalq media bir çox ekspertə istinadən yazmışdı ki, Kiyevin işğalı 72 saat çəkər.

Rusiyanın Ukraynaya hücumunun 6-cı günündə Kiyev, eləcə də ölkənin digər əsas şəhərləri Ukraynanın nəzarətindədir.

Bazar ertəsi səhəri şəhərdə həyəcan siqnalı verilərək Kiyevin atəşə tutulacağı barədə xəbərdarlıq olunsa da, hələlik yeni hücum qeydə alınmayıb. Hazırda Kiyevdə iki gündür ki, tətbiq olunan komendant saatı ləğv edilib.

Trend-in məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Ukrayna-Rusiya böhranı" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Çingiz İsmayılov - iqtisadçı, Ceyhun Əhmədli – politoloq və Elçin Mirzəbəyli - siyasi şərhçi mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti