...

Ceyhun Bayramov Ukraynadakı hadisələr barədə...

Siyasət Materials 5 Mart 2022 14:45 (UTC +04:00)
Ceyhun Bayramov Ukraynadakı hadisələr barədə...

Bakı. Elçin Mehdiyev – Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüş zamanı Ukrayna hadisələri ətrafında müzakirələr aparıldı.

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, həmçinin, Ukrayna hadisləri ətrafında müzakirələr aparılıb.

“Bu durum çox ciddi narahatlıq yaradır. Artıq itkilərin və qurbanların sayı durmadan artır. Həm Azərbaycan, həm də Türkiyə burada çox fəal və məsuliyyətli mövqe sərgiləyir. Azərbaycan məsələnin beynəlxalq hüquq prinsiplərinə uyğun dialoq əsasında aparılmasının tərəfdarıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti