...

Şuşada Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinin qeyd edilməsi rəmzi məna daşıyır - Ceyhun Bayramov

Siyasət Materials 18 Mart 2022 12:43 (UTC +04:00)
Şuşada Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinin qeyd edilməsi rəmzi məna daşıyır - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Şuşa. Trend:

Bu il biz Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyini qeyd edirik. Bununla bağlı artıq bir neçə müddətdir ki, silsilə tədbirlər keçirilir və artıq Bakıda bir neçə tədbir təşkil olunub. Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində belə bir konfransın keçirilməsi rəmzi məna daşıyır.

Trend-in məlumatına görə, bunu Şuşada Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş toplantıda iştirak edən xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan BMT tərəfindən elan edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) böyük önəm verir və DİM-lər üzrə müxtəlif sahələrdə bütün dünya qarşısında duran mövzular üzrə prioritetlərini müəyyən edir.

“Azərbaycan dövləti bu istiqamətlərdə inkişaf etmək üçün böyük və sistemli işlər həyata keçirir. Həm post-münaqişə müddətinə aid olan, həm post-pandemiya dövründə dünya qarşısında olan çağırışları Azərbaycan BMT konteksində müzakirə etmək məqsədilə bu gün Şuşa şəhərində xüsusi bir konfrans keçirir.

Burada həm Azərbaycanın müxtəlif dövlət qurumlarının rəhbərləri, nümayəndələri, həm də BMT-nin müxtəlif agentliklərinin rəhbərləri iştirak edirlər. Hesab edirik ki, bu konfrans çox önəmli və vacib mövzuların müzakirəsi üçün mühüm bir platforma olacaq və Azərbaycan ilə BMT arasında münasibətlər üçün faydalı olacaq”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti