...

Makron martın 29-da Putinlə yenidən danışmağı planlaşdırır

Siyasət Materials 29 Mart 2022 02:54 (UTC +04:00)

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə martın 29-da yenidən telefon danışmağını planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ann-Kler Lejandr bildirib.

"Prezident Makron çərşənbə axşamı Vladimir Putinlə yenidən danışmağı planlaşdırır", - deyə o bildirib.

Ann-Kler Lejandr qeyd edib ki, Fransa prezidenti "artıq Rusiya prezidenti ilə bir sıra uzun davam edən söhbətlər aparıb".

Onun sözlərinə görə, qarşıdakı söhbət zamanı E.Makron V.Putinlə Yunanıstan və Türkiyənin iştirakı ilə insanların Mariupoldan çıxarılması üçün planlaşdırılan humanitar əməliyyatın təfərrüatlarını müzakirə etməyi düşünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti