...

Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına kömək etməyə hazırdır - Səfir

Siyasət Materials 30 Mart 2022 12:56 (UTC +04:00)
Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına kömək etməyə hazırdır - Səfir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına kömək etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, hər iki tərəf bu cür sənədi imzalamaq niyyətini bildirir.

"Müəyyən müddət ərzində tərəflər beynəlxalq hüquq prinsiplərinə, BMT nizamnaməsinə əsaslanan sənədin imzalanması imkanları ilə bağlı öz baxışları ilə bölüşür. Məsələ ondadır ki, bu cür danışıqların başlaması üçün maksimum əlverişli mühitin yaradılması məqsədilə Rusiya öz növbəsində bu cür yanaşmanı dəstəkləyir və hər zamanı vasitəçilik səylərini və kömək göstərməyə hazırdır", - səfir deyib.

M.Boçarnikov vurğulayıb ki, gərginliyin azaldılması üzrə tədbirlər nəqliyyat və digər əlaqələrin açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sonrakı demarkasiyası ilə bağlı bəyanatlarda nəzərdə tutulub.

"Bütün bu məsələlər sülh müqaviləsinin imzalanması üçün hədəflərdir. Bunlarla bağlı Rusiya kömək göstərməyə hazırdır", - səfir əlavə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti