...

Niderland parlamentinin Komissiyası Xocalı soyqırımını müzakirəyə çıxaracaq (FOTO)

Siyasət Materials 30 Mart 2022 15:49 (UTC +04:00)
Niderland parlamentinin Komissiyası Xocalı soyqırımını müzakirəyə çıxaracaq (FOTO)

Bakı. Trend:

“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində keçirilən petisiya Niderland Parlamentinin Xarici İşlər Komissiyasına təqdim olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə əlaqələndiricisi Mayisə Ağamirzəyeva bildirib ki, bu məqsədlə komissiyanın görüş üçün müraciətinə müsbət cavab verilib.

Görüşdə qanunvericilik orqanının Xarici İşlər Komissiyasının sədri Attje Kuiken (PvDA partiyası), komissiya üzvləri Agnes Mulder (CDA partiyası), Tunahan Kuzu (DENK partiyası), SP və Bijeen partiyalarının üzvləri iştirak ediblər. Azərbaycan diasporunu görüşün təşəbbüskarı Mayisə Ağamirzəyeva, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan icmasının beynəlxalq əlaqələr üzrə sədr müavini Həqiqət Hacıyeva, Beniluks Azərbaycanlıları Konqresinin bas məsləhətcisi Lamiyə Babayeva, Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bagırova, Hollanda-Azərbaycan Turk Kültür Dərnəyinin sədri İlhan Askın, diaspor fəalları Gunay Bayramova, Sure Gundoğdu və İnci Əlizadə təmsil ediblər.

Görüş zamanı komissiya uzvlərinə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib və XX əsrin sonlarında etnik azərbaycanlılara qarşı törədilmiş dəhşətli qətliamın müzakirəsinin parlamentin gundəliyinə salınmasının bəşəri dəyərlər baxımından önəmli olduğu nəzərə çatdırılıb. Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarına abidə ucaldıldığını vurğulayan diaspor nümayəndələri Niderland parlamentinin ədalətinə guvəndiklərini söyləyiblər.

Görüşün sonunda petisiya və Xocalı soyqırımı həqiqətlərini əks etdirən kitablar, disklər və Vətən müharibəsinin rəmzi olan “Xarı Bülbül” nişanı komissiyanın sədri Attje Kuikene təqdim olunub. Komissiya sədri petisiyanin butun parlament üzvlərinə paylanılacağını, bu məsələnin komissiyanın iclasında muzakirəyə çıxarılacağını və qərar haqqında Mayisə Agamirzəyevaya məlumat verileceyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti