Bakı. Trend:
Bakıda keçirilən Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın bəyanatı qəbul edilib.
Trend-in məlumatına görə, bəyanatda konfransın əhəmiyyəti qeyd edilərək bildirilir ki, konfransın əsas məqsədi insan həyatı üçün mina təhlükəsinin aradan qaldırılmasında humanitar mina fəaliyyətinin vacibliyini müzakirə etmək, mina təmizlənməsi sahəsində beynəlxalq ictimaiyyətin əsas aktorlarını, dövlət qurumlarını və vətəndaş cəmiyyətini bir araya gətirmək idi.
Konfrans dayanıqlı sülh və sosial-iqtisadi inkişaf üçün humanitar mina fəaliyyətinin potensialı ilə 2030 Dayanıqlı İnkişaf Gündəliyi arasında əlaqələri müəyyən etmək üzərində cəmləndi.
Əməkdaşlığı möhkəmləndirmək və bundan sonra birgə fəaliyyəti genişləndirmək imkanlarını araşdırmaq məqsədilə konfransın yekun rəyləri və tövsiyələri iştirakçılara çatrıdılacaq.