...

Serbiyada prezident və parlament seçkiləri keçiriləcək

Siyasət Materials 3 Aprel 2022 02:23 (UTC +04:00)
Serbiyada prezident və parlament seçkiləri keçiriləcək

Bakı. Trend:

Serbiyada növbəti prezident və növbədənkənar parlament seçkiləri keçiriləcək.

Trend TASS-a istinadən xəbər verir ki, eyni zamanda paytax Belqradda və bir neçə inzibati ərazi vahidində bələdiyyə seçkiləri keçiriləcək.

Ölkə prezidenti postu uğrunda 8 namizəd mübarizə aparacaq.

Səsvermədə müvafiq hüququ olan 6 milyon 502 min 307 ölkə vətəndaşı iştirak edə biləcək. Seçki məntəqələri saat yerli vaxtla 07:00-da açılacaq və 20:00-da bağlanacaq. Respublika seçki komissiyasının məlumatına görə, ümumilikdə ölkə daxilində və xaricdə 8 255 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti