...

MDB PA-nın daimi komissiyasının videokonfrans formatda iclası keçirilib (FOTO)

Siyasət Materials 15 Aprel 2022 18:39 (UTC +04:00)
MDB PA-nın daimi komissiyasının videokonfrans formatda iclası keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 15-də MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

MDB PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Rauf Əliyev və Tamam Cəfərova iclasda iştirak ediblər.

Tədbiri MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının sədr müavini Rauf Əliyev aparıb.

Əvvəlcə təşkilati məsələlər həll edilib, Müstəqil Dövlətlər Birliyinin 2023-2025-ci illər üçün hazırlanan model qanunvericilik işlərinin perspektiv planına təkliflər nəzərdən keçirilib. Milli Məclisin deputatı Rauf Əliyev yenidən MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının sədr müavini vəzifəsinə seçilib.

Sonra gündəlikdəki qanunvericilik məsələlərinə baxılıb. “Kinematoqrafiyaya dövlət dəstəyi haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında” model qanunların və MDB dövlətləri üçün model Əqli Mülkiyyət Məcəlləsinin yeni redaksiyada təqdim olunmuş layihələri müzakirə edilib, “Televiziya və radio yayımı haqqında”, “Elektron kommunikasiyalar haqqında” model qanun layihələrinin hazırlanması məsələlərinə baxılıb.

Həmçinin, deputatlar mədəniyyət və turizm sahələrində rəqəmsal inkişaf üzrə model qanun yaradıcılığının perspektiv istiqamətlərinin təhlili layihəsinin hazırlanması, komissiyanın 2021-ci ildə gördüyü işlər, MDB PA-nın 30 illiyinə həsr olunmuş tədbirlər və digər məsələlərə də münasibətlərini bildiriblər.

Yekunda komissiyanın növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti