...

Azərbaycan postmünaqişə dövründə qoyulan hədəfə uğurla çatıb

Siyasət Materials 21 Aprel 2022 20:39 (UTC +04:00)
Azərbaycan postmünaqişə dövründə qoyulan hədəfə uğurla çatıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin xarici siyasətinin prioritet istiqaməti böyük Zəfərin leqallaşdırılması, postmünaqişə dövründə reallıqların individual olaraq dövlətlərə, beynəlxalq aktorlara, güc mərkəzlərinə, beynəlxalq təşkilatlara qəbul etdirilməsi idisə, hazırda Zəfərimizə olan münasibət, mövcud durum bu hədəfə uğurla çatmağımızdan xəbər verir.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, üstəlik, o faktları da nəzərə alaq ki, hətta Ermənistan parlamentində deputatlardan biri “Artsax” bayrağını tribunaya qaldıran zaman bu bayraq başqa bir deputat tərəfindən aşağı salındı və Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı artıq reallıqlarla barışılmalı olduğunu bildirdi.

“Paşinyanın Qarabağ məsələsinin ərazi deyil, hüquq məsələsi olmasını söyləməsi göstərdi ki, o, Ermənistan cəmiyyətinə Azərbaycanla sülh sazişinin məzmununun nədən ibarət olacağı ilə bağlı hazırlıq mesajları ötürür. Paşinyan onu da etiraf etdi ki, regionda Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımamaq onlar üçün təhlükədir. Deməli, Qərb dairələri açıq şəkildə Ermənistana aydın mənzərəni izah edib ki, biz sizə kömək edə bilmirik. Bir sözlə, Ermənistana Qərbdən olan dəstəyin həcmi əhəmiyyətli dərəcədə azalıb. Bütün bu real və konret faktlar heç şübhəsiz ki, cənab Prezident İlham Əliyevin ən incə detalına qədər hesablanmış çevik və məqsədyönlü diplomatiyasının aydın təzahür formasıdır ki, bütün bu caqlardan və tərəflərdən baxıldığı zaman yaratdığımız reallıqlardan kənar bir reallığın mövcud olmaması görünən yeganə mənzərədir”, - deyə Ş.Həsənova bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Brüssel səfəri, səfərdən əldə olunan nəticələr, yekun kommunikedə Azərbaycanın milli və dövlət maraqları əleyhinə bir kəlmənin belə mövcud olmaması dövlət başçımızın prinsipial mövqeyinin, milli maraqları prioritet kimi müəyyənləşdirməsinin nəticəsidir.

“Reallıq odur ki, Ermənistan zəif, Azərbaycan isə güclü dövlətdir. Biz gücümüzü daha da artırır, bu istiqamətdə konkret addımlar atırıq. Belə ki, hərbi sahəyə ayrılan böyük diqqət nəticəsində Türkiyə və İsrail şirkətləri ilə yeni, böyük müqavilələr imzalanıb.

Hadrutda yaradılan Komando birliklərinin və xüsusi təyinatlıların formalaşdırılması, Azərbaycan ordu modelinin Türkiyə ordusu modelində qurulması davam etdirilir. Hətta Ermənistan bir neçə varianta əl atmağa cəhd etsə də, Türkiyə və Azərbaycanla gələcək münasibətləri uzlaşdırmayıb, konstruktiv mövqe tutmasa da nəticə heç bir halda dəyişən deyil. Bu məqsədyönlü siyasət cənab Prezident İlham Əliyevin bütün mümkün variantlara verilə biləcək proaktiv diplomatiyasının və yanaşmasının aydın təzahür formasıdır.

Etimad mühitinin yaradılması istiqamətində önəmli addımlar atılır. Baş tutan vasitəsiz, birbaşa təmaslar bundan sonra da vasitəçilərsiz davam etdirilməlidir. Türkiyə də hər zaman bildirir ki, İrəvanla yüksək səviyyəli təmaslar vasitəçilərsiz aparılmalıdır. Bu gün Ermənistanın inkişafı üçün bir yol var. Bu yol da Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmaqdan keçir. Bu uzaqgörən siyasətin müəllifi isə dövlətimizin başçısı cənab İlham Əliyevdir”, - deyə politoloq əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti