...

Digər ölkələr də Azərbaycanla Ermənistan arasında sülh prosesinin sürətlənməsinə təsir göstərməlidir - Elçin Əmirbəyov

Siyasət Materials 28 Aprel 2022 16:45 (UTC +04:00)
Digər ölkələr də Azərbaycanla Ermənistan arasında sülh prosesinin sürətlənməsinə təsir göstərməlidir - Elçin Əmirbəyov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycan Cənubi Qafqazda sülhün qurulması üçün həm mövcud formatlarda, həm də yeni məkanlarda işləməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans çərçivəsində deyib.

"Digər ölkələr də Azərbaycanla Ermənistan arasında sülh prosesinin sürətlənməsinə təsir göstərməlidir. Ermənistan ləngiməməli və özünün inkişaf imkanlarını, o cümlədən, Cənubi Qafqazda sosial-iqtisadi inteqrasiya çərçivəsində imkanları əldən buraxmamalıdır", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə beynəlxalq beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Konfrans çərçivəsində "Şuşa - dirçəlişə gedən yol" və "Əməkdaşlıq, imkanlar və çağırışlar" mövzusunda iki panel müzakirələri nəzərdə tutulub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti