...

ABŞ Konqresi Ukrayna üçün "lend-liz" proqramı üzrə silah tədarükü haqqında qanunu qəbul edib

Siyasət Materials 29 Aprel 2022 02:19 (UTC +04:00)
ABŞ Konqresi Ukrayna üçün "lend-liz" proqramı üzrə silah tədarükü haqqında qanunu qəbul edib

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatası cümə axşamı Kiyevə hərbi yardımın göstərilməsini sadələşdirmək məqsədilə Ukraynaya "lend-liz" müqaviləsi ilə silah tədarükü haqqında qanun layihəsini təsdiqləyib.

Trend xəbər verir ki, dinləmələr aşağı palatanın saytında canlı yayımlanıb.

Qanun layihəsinin lehinə 417, əleyhinə isə 10 konqresmen səs verib. Daha əvvəl, sənəd ABŞ Senatı tərəfindən təsdiqlənmişdir.

Qərarın qanuni qüvvəyə minməsi üçün prezident Co Bayden tərəfindən imzalanmalıdır.

Sənəd ABŞ prezidentinə mülki əhalinin müdafiəsi və digər məqsədlər üçün Ukrayna hökuməti ilə hərbi texnika və əmlakdan müvəqqəti istifadənin təmin edilməsinə dair sazişlər bağlamaq üçün daha böyük səlahiyyətlər verməyi nəzərdə tutur.

Dövlət başçısı qanun layihəsinin qəbulundan sonra 60 gündən gec olmayaraq bu silahların tədarükü üçün sürətləndirilmiş mexanizmlər yaratmalı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti