...

Prezident İlham Əliyev: Cəbrayılda günəş elektrik stansiyası ilə bağlı bp şirkəti ilə danışıqların son mərhələsindəyik

Siyasət Materials 29 Aprel 2022 12:13 (UTC +04:00)
Prezident İlham Əliyev: Cəbrayılda günəş elektrik stansiyası ilə bağlı bp şirkəti ilə danışıqların son mərhələsindəyik

Bakı. Trend:

Biz indi Cəbrayılda günəş elektrik stansiyası ilə bağlı bp şirkəti ilə danışıqların son mərhələsindəyik.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Hazırda, hər şey sənədləşdirilmişdir. Biz Kəlbəcər və Tərtərdə quruculuq işlərinə başladıq. Qeyd etdiyim kimi, 20 meqavatlıq stansiya artıq işə salınıb. Bu il 25 meqavat olacaqdır. Lakin bu, sudan alınan enerjidir. Sudan alınan enerji üçün daha çox potensial vardır. Qarabağda günəş və külək enerjisi üçün hazırda biz bp ilə danışıqların yekun mərhələsindəyik. Cəbrayılda 240 meqavatlıq günəş enerjisi stansiyaları, həmçinin beynəlxalq şirkətlər ilə Kəlbəcərdə 100 meqavatlıq külək enerjisi stansiyaları haqqında - bundan əlavə, bu ilin yanvar ayından başlayaraq iki mühüm hadisə, təməlqoyma mərasimi olub: ümumi olaraq 430 meqavat gücündə bir günəş, bir külək enerjisi stansiyası tikmək üçün. Biri Səudiyyə Ərəbistanının bu sahədə aparıcı şirkəti “ACWA Power”, digər layihə BƏƏ-nin “Masdar” şirkəti tərəfindən. Bu, həqiqətən bizim enerji sistemimizə böyük töhfədir, Azərbaycanın cəlbediciliyinin böyük nümayişidir. Biz hazırda külək enerjisinə münasibətdə Xəzər dənizinin potensialını qiymətləndirməkdəyik. İlkin rəqəmlər çox böyükdür. Bizim ona dair hərtərəfli öyrənməyə ehtiyacımız olacaqdır.

Qarabağ “yaşıl enerji” zonası elan edildiyi təqdirdə, bu, əsas məsələ olacaqdır, “ağıllı şəhər”lər, “yaşıl enerji” zonası. Düşünürəm ki, planlaşdırdığımız bütün hər şey, mən detallara getmək istəmirəm, həyata keçirilsə, bizim enerjinin əhəmiyyətli hissəsi nəinki günəş və küləkdən gələcək, hansı ki, bizim 30 faiz hədəfimiz vardır və düşünürəm ki, bu, 50 faizdən də yuxarı ola bilər. Həmçinin vacibi odur ki, biz ixrac üçün çoxlu təbii qaza qənaət edə bilərik, hansı ki, buna da ehtiyac vardır. Əvvəl qeyd etdiyim “ACWA Power” və “Masdar” tərəfindən tikilən iki stansiya ilə onlar 400 milyon kub qaza qənaət edə bilərlər. Bu, böyük həcm deyildir. Lakin bəzi ölkələr üçün bu, əhəmiyyətli həcmdir. Həmçinin indi biz SOCAR-da da fəal islahatlar aparılması prosesindəyik. Yeni rəhbərlik ilə SOCAR nəhayət ki, şəffaf beynəlxalq enerji şirkətinə çevriləcəkdir. Mən əminəm, çünki yeni rəhbərliyə bu təlimat verilib. Müvafiq surətdə itkilərdə də azalma olacaqdır. Çünki bizim qazda çoxlu itkilərimiz olur. Bəzi itkilər vaxtı keçmiş infrastruktur ilə əsaslandırılır, lakin bəzi itkilər çox şübhəlidir. Bizim aparıcı şirkətimiz olan SOCAR-ın şəffaflığının, korporativ idarəçiliyinin optimallaşdırılması əminəm ki, bizə əlavə resurslar verəcəkdir, artıq indi verir. Mən onun haqqında danışmaq istəyirəm. Əvvəllər bu, baş verib, bizim rəsmi rəqəmlərimiz vardır. Bizim həqiqətən qazdan gələn enerjinin əhəmiyyətli hissəsini günəş və külək enerjisi ilə əvəz etmək potensialımız vardır. Sizin sualdan kənara çıxaraq bildirmək istəyirəm ki, biz artıq Rumıniya və Gürcüstan arasında Qara dənizin dibindən keçən elektrik xətləri barədə layihələri birləşdirmək imkanlarını dəyərləndiririk, hansı ki, ilkin olaraq bizim tərəfdən istifadə olunacaqdır. Çünki bizim, necə deyərlər, 4 ölkəyə ekstra elektrik enerjisi istehsalı və ixracımız vardır və onu genişləndirməyi planlaşdırırıq. Avropanın qazımızla bərabər, elektrik enerjimizə ehtiyacı vardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti