...

Türkiyə-Azərbaycan münasibətlərinin təməli bizə Heydər Əliyevdən miras qalıb - Cahit Bağçı

Siyasət Materials 10 May 2022 12:52 (UTC +04:00)
Türkiyə-Azərbaycan münasibətlərinin təməli bizə Heydər Əliyevdən miras qalıb - Cahit Bağçı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə-Azərbaycan münasibətlərinin təməli bizə Heydər Əliyevdən miras qalıb

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bildirib.

"Müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümündə məzarını ziyarət edərək ehtiramla yad etdik. Heydər Əliyev "Bir millət, iki dövlət " anlayışının memarıdır. Bu gün Türkiyə və Azərbaycan münasibətləri bu anlayış üzərindən müttəfiqlik səviyyəsinə çatıb. İkincisi isə Heydər Əliyev "Əsrin müqaviləsi" ilə Azərbaycanı qərblə güclü bir şəkildə bağlayıb. İki dövlətin münasibətlərinin təməli bizə Heydər Əliyevdən miras qalıb", - deyə səfir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti