...

Yunanıstan İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləyib

Siyasət Materials 15 May 2022 00:51 (UTC +04:00)
Yunanıstan İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləyib

Bakı. Trend:

Yunanıstan İsveç və Finlandiyanın NATO-ya daxil olmasını alqışlamağa hazırdır və hesab edir ki, onların alyans üçün təklif edəcəyi çox şey var.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Nikos Dendias Berlində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə deyib.

Onun sözlərinə görə, Yunanıstanın bu iki ölkə ilə həmişə çox gözəl münasibətləri olub.

"Onlar həm də Avropa Birliyinin üzvləridir. Beləliklə, Yunanıstan tərəfinin çox aydın mövqeyi var: biz İsveç və Finlandiyanın NATO ailəsinə daxil olmasını alqışlamağa hazırıq", - XİN başçısı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti