...

Regional inkişaf üçün çoxtərəfli əməkdaşlıq zəruridir - İran rəsmisi

Siyasət Materials 17 May 2022 16:31 (UTC +04:00)
Regional inkişaf üçün çoxtərəfli əməkdaşlıq zəruridir - İran rəsmisi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Regional inkişaf üçün çoxtərəfli əməkdaşlıq zəruridir. İran regional əməkdaşlığın və sülhün təmin edilməsinə hər zaman tərəfdar olub.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin birinci müavini Əli Nikzad deyib.

O qeyd edib ki, İran İƏT-ə üzv dövlətlər arasında əməkdaşlığı daha da artırmağa çağırır: “İran parlamenti bütün qanunvericilik imkanları ilə üzv dövlətlərlə əlaqələri gücləndirməyə tam hazırdır. İran İƏT-də əməkdaşlığın daha da gücləndirilməsinə qətiyyətlə çalışır. İran özünə qarşı zalım sanksiyalara baxmayaraq, həmişə bölgədə sülhün tərəfdarı olub”, - deyə o bildirib.

Ə.Nikzad əlavə edib ki, İran xarici siyasətdə qonşularla yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır: “Onu da qeyd edim ki, pandemiyadan digər ölkələr kimi İran da ziyan çəkib. İqtisadiyyatın bərpası bütün ölkələrin gündəmindədir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti