...

ABŞ Azərbaycanla Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə kömək etməyə hazırdır - Cozef Bayden

Siyasət Materials 20 May 2022 20:19 (UTC +04:00)
ABŞ Azərbaycanla Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə kömək etməyə hazırdır - Cozef Bayden

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə kömək etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydenin Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubunda deyilir.

"İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik", - deyə məktubda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti