...

Fransa Azərbaycan, Ermənistan və Avropa Şurası arasında üçtərəfli görüşün nəticələrini alqışlayır - XİN

Siyasət Materials 24 May 2022 22:29 (UTC +04:00)
Fransa Azərbaycan, Ermənistan və Avropa Şurası arasında üçtərəfli görüşün nəticələrini alqışlayır - XİN

Bakı. Trend:

Fransa mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşün nəticələrini alqışlayır.

Trend xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Bundan əlavə, Fransa tərəfi Aİ-nin himayəsi altında Ermənistan və Azərbaycan arasında dialoqu dəstəklədiyini bir daha təsdiqləyərək, bu dialoqa öz töhfəsini verəcəyini bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti