...

Prezident İlham Əliyev: Bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir

Siyasət Materials 1 İyun 2022 16:57 (UTC +04:00)
Prezident İlham Əliyev: Bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir

Bakı. Trend:

Bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Ənənəvi Xəzər Neft-Qaz Sərgisi və Konfransı, həmçinin Bakı Enerji Həftəsi çərçivəsində bütün bu vacib məsələlər müzakirə ediləcəkdir. Neft təchizatı həcminin artırılması müzakirə olunacaq. Bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir. Bu potensialdan da maksimum dərəcədə istifadə oluna bilər. Təəssüf ki, bu günədək bu potensialdan tam istifadə edilməyib. Təəssüf ki, Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməmişdir.

Hesab edirəm ki, bu gün artıq onlar fikirlərini dəyişiblər. Çünki hər kəs anlayır ki, şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir. Biz isə enerji strategiyamızın həyata keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində çalışmışıq. Bunun nəticəsində bizim şaxələndirilmiş ixrac marşrutlarımız var – müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəmərimiz mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə biz 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edirik və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti