...

Azərbaycanda şəhid ailələri, qazilər, o cümlədən Vətən müharibəsi iştirakçıları daim ön sırada tutulur - Deputat

Siyasət Materials 5 İyun 2022 20:02 (UTC +04:00)
Azərbaycanda şəhid ailələri, qazilər, o cümlədən Vətən müharibəsi iştirakçıları daim ön sırada tutulur - Deputat

Bakı. Trend:

Sosial dövlət olan Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, qazilər, o cümlədən Vətən müharibəsi iştirakçıları daim ön sırada tutulur.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, dövlətimiz şəhid ailələri, qazilər, müharibə veteranları, ümumiyyətlə imtiyazlı təbəqə üçün əlindən gələni edir: “O cümlədən müharibə veteranlarına avtomobillər verilir, onların sosial problemləri həll edilir. Təsadüfi deyil ki, şəhid ailələri və müharibə əlillərini xüsusi qayğı ilə əhatə edən dövlət başçısının fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilib, onlara yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib. Eyni zamanda, Prezident İlham Əliyevin göstərişi ilə həmin kateqoriyadan olanların mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib”.

V.İskəndərovun sözlərinə görə bu siyasət 2022-ci ildə də uğurla davam etdirilir: “Cənab Prezidentin mayın 2-də şəhidin ailə üzvləri ilə söhbətində də bəyan etdiyi kimi Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ailələrinə bu günə qədər 12 mindən çox mənzil verilib. Dövlət başçısı onu da əlavə edib ki, keçən il 3 min, bu il 1500 mənzil verilib və bundan sonra da veriləcək. Bu mənzillərdə yaşamaq üçün bütün şərait var. Dövlət başçısı həmçinin bəyan edib ki, şəhidlərin yaxınları daim diqqət mərkəzində olmalıdırlar”.

V.İskəndərovun sözlərinə görə, bütün bu sadalananlar, o cümlədən qazilərə və şəhid ailələrinə dövlət dəstəyi, onların Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzində olması, problemlərinin həll edilməsi bir daha dövlətimizin bu kateqoriyadan olan insanlara qayğısını əyani şəkildə nümayiş etdirir: “Qeyd etmək istəyiəm ki, Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları, o cümlədən qazilər, müharibə iştirakçıları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti