...

Azərbaycan Qoşulmama Hərəkatının gənclər şəbəkəsini qlobal səviyyəyə çıxarmağa çalışır - Nazir müavini

Siyasət Materials 13 İyun 2022 18:28 (UTC +04:00)
Azərbaycan Qoşulmama Hərəkatının gənclər şəbəkəsini qlobal səviyyəyə çıxarmağa çalışır - Nazir müavini
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qoşulmama Hərəkatının gənclər şəbəkəsini qlobal səviyyəyə çıxarmağa çalışır.

Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov ADA Universitetində Qoşulmama Hərəkatının gənclər şəbəkəsinin üzvləri ilə interaktiv müzakirələr zamanı deyib.

"Azərbaycan BMT prioritetlərini bölüşür və gənclər arasında Qoşulmama Hərəkatı çərçivəsində inkişafı dəstəkləməyə davam edəcək", - deyə o bildirib.

Onun sözlərinə görə, gənclər qlobal inkişaf hədəflərinə nail olunmasında vacib rol oynayır. Qoşulmama Hərəkatının gənclər şəbəkəsinin məqsədi problemlərin üzə çıxarılması və həll yollarının tapılması üçün fikir mübadiləsi aparmaqdır.

"Biz Qoşulmama Hərəkatının gənclər şəbəkəsini qlobal səviyyəyə çıxarmağa çalışırıq. Bir müddət əvvəl Qoşulmama Hərəkatının gənclər şəbəkəsi assambleyanın 49-cu sessiyasında yazılı müraciət verdi və 50-ci iclasda onu təqdim edəcək. Biz BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahidi iyulda Qoşulmama Hərəkatının gənclər şəbəkəsinin Bakıdakı sammitində çıxış etməyə dəvət edirik. Həmin gün gənclər şəbəkəsi təşkilata çevriləcək ki, bu da onun qlobal səviyyədə inkişafında əsas addım olacaq", - E.Məmmədov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti