...

Təyyarəmiz 10 nəfər heyətlə Türkiyədəki yanğınların söndürülməsində iştirak edəcək - Xidmət rəisi (FOTO)

Siyasət Materials 23 İyun 2022 16:34 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir. Yanğınların söndürlməsində iştirak etmək üçün birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşür.

Trend-in məlumatına görə, bunu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin aviasiya xidmətinin rəisi, general-mayor Əşrəf Qasımov deyib.

O bildirib ki, təyyarəmiz bu gündən etibarən Türkiyədə baş verən yanğınların söndürülməsində iştirak edəcək: "Bildiyiniz kimi, ötən il də qardaş Türkiyədə baş verən yanğının söndürülməsində iştirak etmişik. Bu, yanğınların söndürülməsində çox effektiv təyyarədir. Suyun üzərində durmadan 18-20 saniyə ərzində 12 tona yaxın sugötürmə qabiliyyətinə malikdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti