...

Bu günədək azad olunmuş torpaqlarımızda 21 min hektara yaxın ərazi minalardan təmizlənib - Müdafiə Naziri

Siyasət Materials 26 İyun 2022 23:10 (UTC +04:00)
Bu günədək azad olunmuş torpaqlarımızda 21 min hektara yaxın ərazi minalardan təmizlənib - Müdafiə Naziri

Bakı. Trend:

Bu günədək azad olunmuş rayonlarımızda 21 min hektara yaxın ərazi minalardan təmizlənib.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsa İsmayılov və Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarovaya müsahibəndə deyib.

Müdafiə naziri bildirib:

"Türkiyə Silahlı Qüvvələrinin mühəndis-istehkam ixtisaslı mütəxəssisləri azad olunmuş ərazilərimizin mina və partlamamış döyüş sursatlardan təmizlənməsi prosesində bizə bilavasitə kömək edirlər. Belə ki, türkiyəli təlimatçılar tərəfindən mühəndis bölmələrinin şəxsi heyəti ilə beynəlxalq standartlara cavab verən xüsusi minatəmizləmə və digər kurslar keçirilir. Yeri gəlmişkən, qeyd etməliyəm ki, mühəndis bölmələrinin şəxsi heyəti işğaldan azad olunmuş rayonlarımızda bu günədək ümumilikdə 21 min hektara yaxın ərazini minalardan və partlamamış hərbi sursatlardan təmizləyib. Ərazilərin təmizlənməsi zamanı 9464 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə 6126, tank əleyhinə 2172 mina, ümumilikdə 18 min ədədə yaxın hərbi sursat aşkarlanaraq məhv edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti