...

Təxribatların qarşısını almağa hər an hazır olun - Zakir Həsənov orduya tapşırıq verdi

Siyasət Materials 2 İyul 2022 12:03 (UTC +04:00)
Təxribatların qarşısını almağa hər an hazır olun - Zakir Həsənov orduya tapşırıq verdi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov revanşist qüvvələrin mümkün təxribatlarının qarşısını almağa hər an hazır olmaq barədə müvafiq tapşırıqlar verib.

Trend-in məlumatına görə, nazir bunu bu gün keçirilən müşavirədə bildirib.

Müşavirədə, həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlığının artırılması barədə konkret tapşırıqlar verilib.
Müdafiə naziri yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinin fəaliyyətini, eləcə də onların komplektləşməsinin uğurla icra olunduğunu müsbət qiymətləndirib.

General-polkovnik Z. Həsənov komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi barədə müvafiq göstərişlər verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti