...

Azərbaycanın ötənilki müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub

Siyasət Materials 14 İyul 2022 16:47 (UTC +04:00)
Azərbaycanın ötənilki müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2021-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə 4 milyard 541 milyon 612 896 manat xərcləyib.

Trend-in məlumatrına görə, bu barədə məlumat Prezident İlham Əliyev tərəfindən imzalanan 2021-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının Qanununda əksini tapıb.

Bu vəsaitlərdən 1 milyard 838 milyon 523 883 manatı müdafiə qüvvələrinə, 253 milyon 823 599 milli təhlükəsizlik, 341 milyon 524 683 manat sərhəd xidməti, qalan vəsait isə müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlərə xərclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti