...

Azərbaycan hökuməti alternativ enerjinin inkişafı üçün böyük səy göstərir - Hafiz Paşayev

Siyasət Materials 18 İyul 2022 11:18 (UTC +04:00)
Azərbaycan hökuməti alternativ enerjinin inkişafı üçün böyük səy göstərir - Hafiz Paşayev
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan hökuməti son dərəcə əhəmiyyətə malik bərpa olunan enerji sektorunun inkişafı üçün böyük səylər göstərir.

Trend-in məlumatına görə, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev 16-cı Bakı Yay Enerji Məktəbinin açılışında deyib.

Rektor qeyd edib ki, bu məktəb 2007-ci ildə yaradılıb və hər il keçirilir.

"Bakı Yay Enerji Məktəbi xarici iştirakçılara Azərbaycanın enerji siyasəti ilə tanış olmaq imkanı verir", - Hafiz Paşayev bildirib.

Qeyd edək ki, 16-cı Bakı Yay Enerji Məktəbi ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun dəstəyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), bp Azerbaijan, Kolin, Masdar və "TotalEnergies" şirkətlərinin tərəfdaşlığı ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti