...

Prezident İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 9 Avqust 2022 17:51 (UTC +04:00)
Prezident İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

Trend-in məlumatına görə, görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulandı. Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edildi.

Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunuldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti