...

Azərbaycanın Argentinadakı səfiri geri çağırılıb - Sərəncam

Siyasət Materials 19 Avqust 2022 18:10 (UTC +04:00)
Azərbaycanın Argentinadakı səfiri geri çağırılıb - Sərəncam

Bakı. Trend:

Prezident İlham Əliyev Aslanovun Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Xəbər lenti

Xəbər lenti