...

Prezident İlham Əliyevin İtaliyaya işguzar səfəri bu ölkə ilə Azərbaycan arasında yeni bir səhifə açdı - RƏY

Siyasət Materials 2 Sentyabr 2022 20:07 (UTC +04:00)
Prezident İlham Əliyevin İtaliyaya işguzar səfəri bu ölkə ilə Azərbaycan arasında yeni bir səhifə açdı - RƏY
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İtaliyaya işguzar səfəri çərçivəsində çoxsaylı görüşlər keçirdi. Əvvəlcədən deyə bilərik ki, bu görüşlər İtaliya ilə Azərbaycan arasında strateji münasibətlərin daha da dərinləşməsi və gələcək əməkdaşlıq perspektivləri baxımından olduqca əhəmiyyətli idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində enerji, iqtisadiyyat, elm və təhsil kimi strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan bu ölkə ilə Azərbaycan arasında yeni bir səhifə açdı: "Azərbaycan prezidentinin Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda iştirakı isə ayrıca bir hadisə hesab edilə bilər. Hər şeydən öncə ona görə ki, bu beyin mərəkızinin ənənəvi olaraq təşkil etdiyi forumlar daim dünya ictimaiyytinin diqqət mərkəzində olmaqla geosiyasi və geoiqtisadi maraqları daxilində olan prioritet məsələlərin müzakirə edildiyi mötəbər bir platforma hesab edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın, eyni zamanda, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin də qatıldığı budəfəki tədbir hazırda Avropada o qədər də sadə olmayan tarixi bir mərhələdə baş tuturdu. Çünki Avropa özünün şərqində yaşanan müharibə kontekstində həm siyasi birlik, həm iqtisadi-maliyyə münasibətləri, həm də enerji təhcizatı və təhlükəsizliyi baxımından olduqca kritik bir mərhələdən keçməkdədir. Belə mürəkkəb şəraitdə Azərbaycan prezidentinin Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilmiş tribunadan verdiyi ismarıclar təkcə Azərbaycan – İtaliya münasibətlərinin gələcəyi baxımından deyil, bütövlükdə, Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan Avropa Birliyi - Azərbaycan münasibətləri baxımından vacib əhəmiyyət kəsb edirdi".

Deputat əalvə edib ki, 1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir.

"Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən, İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtaliyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviq edilməsinə xidmət edir. “The European House – Ambrosetti” eyni zamanda İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. Müxtəlif illərdə Çernobbio Forumunda dünya ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyev bu mötəbər platformadan Avropanın gəlcək enerji təhlükəsizliyi, yaşıl enerji üzrə tərəfdaşlıq, beynəlxalq hüquq və onun tələblərinin yerinə yetirilməsi kontekstində uzunmüddətli və etibarlı tərfdaşlığın mümükün olması məsələlərindən danışaraq Azərbaycanın da beynəlxalaq münasibətlər sistemində milli dövlət kimi davranışları zamanı milli maraqları və beynəlxalq hüququ əsas tutduğunu bildirdi. Bütün bunlar isə İtaliya və Avropa ölkələri ilə əməkdaşlıqda yeni imkanlar yaradan paradiqmalar kimi qəbul edildi", - deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti