...

Ermənistanın Azərbaycanla sərhəddə təxribatları sülh prosesinə zərər vurur - Amerikalı ekspertlər

Siyasət Materials 14 Sentyabr 2022 11:00 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Ermənistan sərhədində vəziyyət kifayət qədər təhlükəli görünür.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatını şərh edərkən deyib.

"Mən yalnız mətbuatdakı xəbərləri görmüşəm, amma bu xəbərlərə əsasən demək olar ki, vəziyyət kifayət qədər təhlükəli görünür. Ermənistanla Azərbaycan arasında güc tətbiqinin bərpa olunması dərin həyəcan doğurur", - deyə o bildirib.

R.Sekuta hesab edir ki, həm ermənilərin, həm də azərbaycanlıların birgəyaşayış və dayanıqlı sülh quruculuğu yollarının axtarılması vacibdir.

"Bu cür sülhüyn qurulması zəruri addımdır və mən bilirəm ki, bu sülhə nail olmaq istəyənlər var", - sabiq səfir deyib.

Eyni zamanda ABŞ-ın digər sabiq səfiri Metyu Brayza vurğulayıb ki, liderlərin ümdiverici Brüssel görüşündən sonra Azərbaycan-Ermənistan sərhədində toqquşmalar təəssüf doğurur.

"Toqquşmalar baş verəndə, ilkin xəbərlər vəziyyəti tam təsvir etmir. Hamımız bilirik ki, artıq bir həftədir, hətta bir aydır Azərbaycan-Ermənistan sərhədində atışmalar gedir. Laçın və Kəlbəcərdə böyük gərginlik müşahidə olunur. Çox təəssüf ki, hər iki tərəfdən əsgər itkilərinə yol açmış son toqquşmalar Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın vədedici Brüssel görüşündən sonra baş verdi", - deyə o bildirib.

M.Brayza hesab edir ki, Ermənistanın sərhəddəki vəziyyətin sabitləşməsində kömək üçün KTMT-yə, mahiyyətcə isə Moskvaya müraciəti Rusiyanın yeni, misligörünməmiş şəkildə vəziyyətə cəlb olunmasını ifadə edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti