...

Ermənistanın texnikasına atəş açılması barədə yayılan məlumat həqiqəti əks etdirmir - MN

Siyasət Materials 6 Oktyabr 2022 18:19 (UTC +04:00)
Ermənistanın texnikasına atəş açılması barədə yayılan məlumat həqiqəti əks etdirmir - MN

Bakı. Trend:

Ermənistan müdafiə nazirliyinin oktyabrın 6-sı günorta saatlarında Ordumuzun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərində möhkəmləndirmə işləri aparan texnikaya atəş açılması və nəticədə həmin texnikanın zədələnməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) Trend-ə bildirilib.

"Bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır", - deyə məlumatda vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti