...

Ermənistanın işğal dövründə və müharibədən sonra da havadarları olduğunu görürük - Fərid Şəfiyev

Siyasət Materials 11 Oktyabr 2022 12:01 (UTC +04:00)
Ermənistanın işğal dövründə və müharibədən sonra da havadarları olduğunu görürük - Fərid Şəfiyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın işğal dövründə və Qarabağ müharibəsindən sonra da havadarları olduğunu görürük.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.

O bildirib ki, bunlara baxmayaraq Azərbaycan torpaqlarını işğaldan azad etməklə bağlı hədəfinə nail oldu.

"Artıq bizim yeni hədəfimiz var - sülh prosesi, sülh sazişi imzalamaq. Bir sıra istiqamətlərimiz də var, bunlar mina məsələləri, hərbi cinayətlər, itkin düşmüş şəxslər, Azərbaycanın mədəni irsinin dağıdılması, maddi ziyanlar və s. Bütün bu istiqamətlərdə lazımı platformalarda tədbirlər gedir",- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti