...

Zəngilan Hava Limanına beynəlxalq status verildi

Siyasət Materials 14 Oktyabr 2022 15:08 (UTC +04:00)
Zəngilan Hava Limanına beynəlxalq status verildi

Bakı. Trend:

Zəngilan Hava Limanına beynəlxalq status verilib.

Trend-in məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təkliflərini nəzərə alaraq:

- Zəngilan rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Zəngilan Hava Limanına beynəlxalq status verilsin.

- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Zəngilan Hava Limanına bu Sərəncamın 1-ci hissəsi ilə beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti