Bakı. Trend:
Parlamentin bir neçə iclası Şuşada keçirilib. Ağdam şəhəri də yenidən qurulur. İstəyim odur ki, Ağdamda da komitə iclası keçirək.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
Deputat Milli Məclis sədrindən xahiş edib ki, parlamentin komitə iclaslarından bəzilərinin Ağdamda keçirilməsi təşkil edilsin.