...

Bakı Beynəlxalq Konfransının iştirakçıları Ağdama səfər ediblər (FOTO)

Siyasət Materials 21 Oktyabr 2022 14:08 (UTC +04:00)
Bakı Beynəlxalq Konfransının iştirakçıları Ağdama səfər ediblər (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Bakı Beynəlxalq Konfransının iştirakçıları Ağdama səfərə gediblər.

Trend-in məlumatına görə, səfər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə baş tutub.

Səfərin məqsədi Ermənistanın işğalı dövründə Ağdamda törədilmiş kütləvi dağıntıları xarici ombudsman nümayəndələri ilə tanış etməkdir.

Səfərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, xarici ombudsmanlar, milli insan hüquqları təsisatları rəhbərləri və media nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti