...

Siyasi partiyalar haqqında yeni qanun layihəsi kollektiv düşüncənin nəticəsidir – Fəzail Ağamalı

Siyasət Materials 24 Oktyabr 2022 11:13 (UTC +04:00)
Siyasi partiyalar haqqında yeni qanun layihəsi kollektiv düşüncənin nəticəsidir – Fəzail Ağamalı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Biz siyasi partiyalar olaraq “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət etdik, spiker də müsbət cavab verərək bizim təkliflərimizi təqdim etməyimizi bildirdi. Biz də yeni çağırışları nəzərə alaraq öz təkliflərimizi vermişik. Bu layihə kollektiv düşüncənin nəticəsidir.

Trend-in məlumaına görə, bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu gün Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ictimai müzakirəsi zaman deyib.

O qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfədir ki, belə formatda qanun layihəsini müzakirə edir. “Bu, Azərbaycanın siyasi sistemində bir ilkdir. Hər bir qanun layihəsini zəruri edən amillər və şərtlər var. 90-cı illərdən fərqli olaraq Azərbaycanda siyasi partiyaların fəallığı kifayət qədər artıb və bu fəallıq mövcud qanuna uyğun deyildi.

O cümlədən ölkədə aparılan siyasi islahatların tərkibi kimi siyasi partiyaların siyasi sistemdə iştirakı, Azərbaycanda yeni çağırışlar və digər amillər nəzərə alnaraq bu qanun layihəsi hazırlanaraq sizin müzakirənizə təqdim edilir. Qanunun konsepsiyası siyasi partiyaların siyasi sistemdə yerinin və rolunun artırılmasıdır. Bu, ölkədə həyata keçirilən siyasi islahatların məntiqinə uyğundur”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti