...

Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti Özbəkistana səfər edəcək

Siyasət Materials 25 Oktyabr 2022 15:28 (UTC +04:00)
Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti Özbəkistana səfər edəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) Şura və 54-cü plenar iclasında iştirak etmək üçün oktyabrın 26-da Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfər edəcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclis sədrinin müavini Adil Əliyev, deputatlardan Sabir Hacıyev, Rasim Musabəyov, Nizami Səfərov, Mixail Zabelin, Rauf Əliyev, Əminə Ağazadə, Emin Hacıyev, Parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Assambleyanın Şura və Plenar iclaslarında gündəliyə çıxarılacaq məsələlərə dair fikir mübadiləsi aparılacaq. Milli Məclisin sədrinin plenar iclasda çıxış edəcəyi gözlənilir.

Səfər çərçivəsində spiker Sahibə Qafarovanın tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti