...

Azərbaycan hər zaman mehriban qonşuluq siyasətinin tərəfdarı olub - Şahin İsmayılov

Siyasət Materials 26 Oktyabr 2022 14:38 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir. Gürcüstan Prezidenti görüşdən məmnunluğunu, səfərin əhəmiyyətini və iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə görə Prezident İlham Əliyevin çox böyük töhfələrinin olduğunu vurğuladı. Azərbaycan dövləti hər zaman mehriban qonşuluq siyasətinin tərəfdarı olmuş və əlaqlərin inkişafı üçün səy göstərmişdir. Hazırkı dövrdə regionda yaranan yeni reallıqlara görə isə ölkəmiz daha çox maraq cəlb edir. Azərbaycan regionun siyasi və iqtisadi mənzərəsini müsbətə doğru dəyişdirən, regionda baş tutan irihəcmli layihələrin vacib tərəfdaşı olan ölkədir. Prezident İlham Əliyevə olan rəğbət və ehtiram da bunun bariz nümunəsidir. Səfər çərçivəsində ölkələrimiz arasında əməkdaşlıq ilə yanaşı dünyada baş verən hadisələr də müzakirə edilib.

Prezident İlham Əliyev iki ölkə arasında əməkdaşlığın Avropa və Dünya üçün əhəmiyyətli olduğunu bildirdi. Azərbaycan Prezidenti enerji tələbatı məsələsində hər iki ölkənin bir cəbhədən hərəkət edərək öz milli maraqlarını təmin etməsindən bəhs etdi. Baş nazir cənab İrakli Qaribaşvili həyata keçirilən layihələrin bundan sonra da irəli aparılması və daha da sürətləndirmək niyyətində olduğunu qeyd edərək birgə layihələrə maraqlı olduğunu bildirdi. Baş nazir Azərbaycan xalqının Ümummilli Liderinə böyük ehtiramını ifadə edərək ondan sitat gətirdi: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”. Onun çıxışını bu fikirlə yekunlaşdırması ölkələr arasında olan sıx bağlılığın və səmərəli əməkdaşlığın göstəricisidir. Gürcüstan rəhbərliyi və Gürcü xalqı Azərbaycan dövləti və Azərbaycan xalqının dostudur.

Prezident İlham Əliyevin çıxışında toxunduğu məsələlərin hər biri kifayət qədər vacib məqamları ehtiva edirdi. İki ölkə arasında qurulan uğurlu əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir və bu əməkdaşlığın inkişafı hər iki ölkə üçün faydalıdır. Azərbaycan və Gürcüstanın birgə əməkdaşlığı ümumilikdə bir çox dünya ölkələri üçün əhəmiyyətlidir. Azərbayacan Prezidentinin Gürcüstana səfəri göstərdi ki, böyük əhəmiyyətə malik olan tərəfdaşlıq bundan sonra da güclənəcək və uğurlu nəticələr əldə ediləcək.

Milli Məclisin deputatı, YAP idarə heyətinin üzvü Şahin İsmayılov

Xəbər lenti

Xəbər lenti