Bakı. Trend:
Siyasi partiyalar haqqında yeni qanun layihəsinin qəbulu həm də konstitusion hüququn tələblərindən irəli gəlir.
Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisin sədr müavini Əli Hüseynli “Siyasi Partiyalar Haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı ictimai dinləmədə deyib.
"Bu sahədə Avropa qanunvericiliyi inkişaf edib, o cümlədən MDB ölkələrində də qanunvericilik inkişaf edib dəyişib. Həmçinin yeni qanunvericilik sahəsində normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun qəbul edilməsi bizi 1995-ci ildə qəbul edilən Konstitusiya qanunlarına və sonrakı bütün qanunlara yenidən baxmağa vadar edir. Bu baxımdan yeni qanunun qəbulu həm də konstitusion hüququn tələblərindən irəli gəlir”,- vitse-spiker bildirib.