...

X-cu Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə təşkilat komitəsinin III iclası keçirilir

Siyasət Materials 2 Dekabr 2022 15:00 (UTC +04:00)
X-cu Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə təşkilat komitəsinin III iclası keçirilir

Bakı. Trend:

Latviyanın paytaxtı Riqa şəhərində 2023-cü ildə keçiriləcək X-cu Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə təşkilat komitəsinin III iclası keçirilir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Trend-ə verilən məlumata görə, Təşkilat Komitəsinin toplantısında Latviyanın sabiq Prezidentləri xanım Vayra Vike-Freiyberqa və Valdis Zatlers, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bosniya və Herzeqovinanın sabiq Prezidenti Mladen İvaniç, sabiq Baş nazir Zlatko Laqumdziya, BMT Baş Assambleyasının 73-cü Prezidenti Maria Fernanda Espinoza, Bolqarıstanın sabiq Prezidentləri Petar Stoyanov və Rozen Plevneliyev, Albaniyanın sabiq Prezidenti Rexhep Meidani, Xorvatiyanın sabiq Prezidenti Kolinda Grabar Kitarovic, Çex Respublikasının sabiq Baş naziri Yan Fişer, Moldovanın sabiq Baş naziri Kiril Qaburiçi, Rumıniyanın sabiq Baş nazir müavini Ana Birçal, Mərkəzin Baş katibi Rövşən Muradov və Baş katibin müavini İlahə İbrahimli iştirak ediblər.

2023-cü ildə keçirilən X-cu Qlobal Bakı Forumunda dünyanı narahat edən sülh və təhlükəsizlik, enerji, səhiyyə, Azərbaycanın Şərq və Qərb arasında artan strateji əhəmiyyəti, Avropa Birliyi, Afrika və Mərkəzi Asiya ölkəkələrinin gələcəyi, artmada olan konfliktlər, BMT-nin effektliyinin artırılması kimi məsələlər müzakirə ediləcək.

X-cu Global Bakı Forumu Təşkilat Komitəsinin IV toplantısı geniş tərkibdə yanvar ayında Cenevrə şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti