...

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasının tezliklə həllini hədəfləyir - Ceyhun Bayramov (YENİLƏNİB)

Siyasət Materials 5 Dekabr 2022 15:44 (UTC +04:00)
Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasının tezliklə həllini hədəfləyir - Ceyhun Bayramov (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı məsələnin maksimum dərəcədə tezliklə həllini hədəfləyir.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

"Müxtəlif qiymətləndirmələr aparıldı. Kimlərsə ilin sonuna kimi müddət dedi. Müddət baxımından bunu demək çətindir, amma Azərbaycan tərəfi bu məsələnin həllinə maksimum köklənib və sülh sazişindən danışanda bu məsələni tez bir zamanda həll etməyə hədəflənib. Azərbaycanla Ermənistan arasında 30 ilə yaxındır ki, heç bir münasibətimizin olmadığını nəzərə alaraq bu yanaşmaya əsaslanılır. Bu, təəssüf ki, düşmənçilik tarixidir, bu, müharibə tarixidir, bu, qarşılıqlı inam çatışmazlığıdır. Bu məntiqdən çıxış etsək, indiyə qədər bizim təklif etdiyimiz hər şey çox sadədir, əsas, beynəlxalq hüquqa əsaslanır, ardıcıl surətdə və iki istiqamətdə işləyir. Azərbaycanın səsləndirdiyi beş əsas prinsip də bu prinsipdən irəli gəlirdi. Orada Ermənistan üçün qəbuledilməz olan heç nə yox idi”, - deyə Bayramov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti