...

Azərbaycan sülh yolu ilə nizamlanma haqqında saziş layihəsini Ermənistana təqdim edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 5 Dekabr 2022 15:49 (UTC +04:00)
Azərbaycan sülh yolu ilə nizamlanma haqqında saziş layihəsini Ermənistana təqdim edib (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan sülh yolu ilə nizamlanma haqqında saziş layihəsi hazırlayıb və onu Ermənistana təqdim edib.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan tərəfi hesab edir ki, ilin sonunadək danışıqların üçüncü raundu keçiriləcək.

“Azərbaycan həmişə ardıcıl olaraq Ermənistan-Azərbaycan münasibətlərinin beynəlxalq hüququn prinsip və normaları əsasında, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət nəzərə alınmaqla normallaşdırılmasının tərəfdarı olub.

Biz hesab edirik ki, BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsi irəliləmək üçün yaxşı əsasdır. Məhz bu məntiqdən çıxış edərək Azərbaycan beş əsas prinsip əsasında müqavilə layihəsini hazırlayıb Ermənistan tərəfinə təqdim etdi. Bundan sonra danışıqların iki raundu baş tutub. Azərbaycan tərəfdən üçüncü şərhlər paketi artıq Ermənistan tərəfinə təqdim olunub və hesab edirik ki, bu ilin sonuna kimi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların üçüncü raundunun keçirilməsi mümkündür.

Danışıqlar prosesində müsbət dinamikaya baxmayaraq, irəliləyiş bütün istiqamətlərdə məhdud xarakter daşıyır. Mən sülh müqaviləsinin müzakirəsi, kommunikasiyaların açılması, eləcə də dövlət sərhədinin delimitasiyası məsələsini nəzərdə tuturam”, - deyə Bayramov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti