...

“Qardaş yumruğu” antitürk qüvvələrə hərbi-siyasi mesajdır

Siyasət Materials 6 Dekabr 2022 20:22 (UTC +04:00)
“Qardaş yumruğu” antitürk qüvvələrə hərbi-siyasi mesajdır

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan və Türkiyənin “Qardaş yumruğu” adlı birgə hərbi təlimi antitürk qüvvələrə hərbi-siyasi mesajdır.

Trend xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, bu təlimlər Azərbaycan və Türkiyə arasında genişlənən hərbi əməkdaşlıq əlaqələrini əks etdirməklə yanaşı, həm də hər iki dövlətin regionda sülh və təhlükəsizliyin təminində nə qədər qərarlı olduğunu göstərir: “Qardaş yumruğu” təlimi hər şeydən əvvəl Azərbaycanla Türkiyə arasında hərbi sahədə genişlənməkdə olan əlaqələri əks etdirir. Bu təlimlər göstərir ki, iki dövlət arasında hərbi əməkdaşlıq sürətlə genişlənməkdə, mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoymaqdadır.

Bu təlimlər, həm də Azərbaycan və Türkiyənin bölgədə sülh və sabitliyi təmin etməkdə nə qədər qərarlı və qətiyyətli olduğunu göstərir. Azərbaycan və Türkiyə bu təlimlərlə göstərir ki, əgər hansısa qüvvə bölgədə gərginlik yaratmaq, sabitlik üçün təhlükə törətmək, türk dünyasının maraqları əleyhinə hərbi müstəvidə hər hansı addım atmaq istəyərsə, o zaman qarşısında “Qardaş yumruğu”nu görəcək.

Bu baxımdan, hər kəs bu təlimlərdən lazımi nəticə çıxarmalı, Azərbaycan və Türkiyəyə qarşı təxribatlardan çəkinməlidir. Bundan dərs çıxarmayaraq təxribata cəhd edənlər, ən sərt şəkildə cavablarını alacaqlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti