...

Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü keçirilib

Siyasət Materials 7 Dekabr 2022 00:08 (UTC +04:00)
Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü keçirilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Dekabrın 6-da Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan və Rusiya Federasiyası Hökumətinin sədrinin müavini Aleksey Overçukun birgə sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun 11-ci iclası keçirilib.

Trend bu barədə çərşənbə günü Rusiya hökumətinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, eləcə də onlar arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılması səylərində Rusiyanın müsbət rolunu qeyd ediblər.

Görüşdə dəmir yolunun tikintisi, dəmir yolu əlaqəsinin inkişafı və Azərbaycan, Ermənistan, Rusiya və regionda daşımaların təşkili məsələləri müzakirə olunub.

Qeyd olunub ki, tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin regionda nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması ilə bağlı üçtərəfli bəyanatlarının icrası üzərində işi davam etdirəcəklər.

Azərbaycan və Ermənistan tərəfləri görüşün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti