Bakı. Trend:
İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış bizim üçün xüsusi əhəmiyyət kəsb edir.
Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Ə.Əsədov qeyd edib ki, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər ölkə iqtisadiyyatının davamlı artımını təmin edəcək.
Baş nazir bildirib ki, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin hər biri Azərbaycan üçün vacibdir. “Bu prioritetlər arasında işğaldan azad olunmuş ərazilərə böyük qayıdış bizim üçün xüsusi əhəmiyyət kəsb edir”, - deyə Baş nazir vurğulayıb.