...

Azərbaycan və Aİ yeni sazişlərin imzalanması üçün danışıqları davam etdirir - Peter Mixalko

Siyasət Materials 9 Dekabr 2022 16:01 (UTC +04:00)
Azərbaycan və Aİ yeni sazişlərin imzalanması üçün danışıqları davam etdirir - Peter Mixalko

Trend-i buradan izləyin

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan eyni dəyərlərin təbliğinə çalışır. Avropa Şurası və Avropa İttifaqı bir-birini tamamlayan təşkilatlardır. Azərbaycan və Avropa İttifaqı yeni sazişlərin imzalanması üçün danışıqları davam etdirir.

Trend xəbər verir ki, bu fikirləri ADA Universitetində Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın 20 illiyinə həsr edilmiş tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko söyləyib.

O qeyd edib ki, Avropa İttifaqı Avropa Şurası ilə Azərbaycan arasında imzalanan sənədlərə öz töhfəsini verir.

“Biz korrupsiyaya və insan alverinə qarşı mübarizədə əməkdaşlıq edirik”, - deyə o əlavə edib.

Mixalko, həmçinin, xatırladıb ki, bu il Aİ və Azərbaycan enerji sektorunda strateji tərəfdaşlığa dair "Anlaşma Memorandumu" imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti