Bakı. Trend:
Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun inşa edilməsi ən böyük nailiyyətlərdən biridir.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 13-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində deyib.
“Bu, əhəmiyyətli nailiyyətdir. Bundan başqa, bir neçə gün əvvəl “Akademik Xoşbəxt Yusifzadə” tankerini istismara verərkən, biz faktiki olaraq bütün gələcəyimizə, neft-qaz layihələrinə mühüm töhfə vermiş bu ərazinin, zavodun keçmişi ilə bağlı xatirələrimizi bölüşdük. Çünki əgər o, 1970-1980-ci illərin sonunda yaradılmasaydı, hasilata başlamaq daha çox vaxt aparardı”, - deyə dövlətimizin başçısı vurğulayıb.